
Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir.
Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Hikmət Babaoğlu deyib:
“Suriya bizim üçün mənəvi Vətəndir. Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik”.
O vurğulayıb ki, Suriya Azərbaycan üçün uzaq coğrafiya deyil.