Ermənistanda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşa qədər hamısı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: “Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.

F.Ağamalının sözlərinə göprə, nə qədər ki Ermənistan güclü şəkildə silahlanmayıb, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir:

İstinadlar Report