96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov məhsul yığımı ərəfəsində Goranboy rayonunda pambıqçı fermerlərlə görüşüb, burada aparılan məhsul yığımı ilə maraqlanıb.  

Açıq səma altında keçirilən görüşdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

Deputat, həmçinin Faxralı kənd sakini pambıqçı fermer Sahil Qurbanovun pambıq tarlasında və Dəliməmmədli şəhərində yerləşən “Goran-Cotton” MMC-də bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, cari məhsul ilində 2647,3 hektar sahədə pambıq becərilib. Rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Sentyabrın əvvəlindən başlanan pambıq yığımı davam etdirilir və 21 oktyabr 2021-ci il tarixə 3683 ton məhsul toplanıb.



İstinadlar Qafqazinfo