Fransada aktyor Jerar Depardye cinsi zorakılıq və seksual xarakterli aqressiv hərəkətlərdə ittiham olunur.

İstintaqa yaxın mənbə bildirib ki, bu, hələ dekabrın ortalarında baş verib. Bununla belə, Depardye barəsində heç bir tədbir görülməyib, o, məhkəmə nəzarəti altındadır. İstintaqla Paris prokurorluğu məşğul olur.

Aktyorun vəkili Erve Temim bu məlumatı “France-Presse” agentliyinə təsdiqləyib və bunun ictimailəşməsindən təəssüfləndiyini bildirib. O vurğulayıb ki, onun müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamları tamamilə inkar edir.

Bu ittihamlar adı açıqlanmayan gənc aktrisanın şikayətindən sonra hələ 2018-ci ildə başlanmış iş çərçivəsində irəli sürülüb.

İstinadlar Qafqazinfo