Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

İstinadlar Report