Bakı Dövlət Universiteti dənizdə batan tələbə ilə bağlı məlumat yayıb. 

Universitetin Mətbuat xidmətindən verilən məlumata görə, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib. 

Universitetdən bildirilib ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Gülnar Əliyeva

 

İstinadlar Qafqazinfo