Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

Hadisə Nardaran çimərliyində qeydə alınıb.

36 yaşlı Quliyev Anar Samir oğlu bir nəfəri dənizdə boğulmaqdan xilas edib. Başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb.

A.Quliyev Bakıdakı məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirmiş.

 

İstinadlar APA , Qafqazinfo