Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılışı keçirilib.

Yarışda 4 komanda – Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edir.

Açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayıb, bütün komandalara uğurlar arzu edib: “Yarışın keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaradılmasıdır”.

“Dəniz kuboku”beynəlxalq yarışlarda iştirak edən gəmilər:
1.Azərbaycan Hərbi Dəniz Qüvvələri:
-G-124 gözətçi gəmisi;
-G-122 gözətçi gəmisi.

2.Rusiya Hərbi Dəniz donanmasının Xəzər flotiliyası:
-” Mahaçkala”gəmisi;
-“Astraxan”gəmisi.

3.İran Hərbi Dəniz Qüvvələri
-“Peykan”raket kateri;
-“Cövşən”raket kateri.

4.Qazxıstan Hərbi Dəniz Qüvvələri:
-“Oral”gəmisi;
-“Sarıarka” gəmisi.

“Dəniz kuboku” müsabiqəsi aşağıda qeyd olunan 3 mərhələdə keçirilib:

1.Artilleriya atəşlərinin yerinə yetirilməsi

2) Gəminin dayanıqlığı uğrunda mübarizə ve xilasetmə hazırlığı

3) Dəniz hazırlığı

İstinadlar Report