“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.

Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.

İstinadlar Report