Gəncədə dəmiryolu vağzalı yaxınlığında meyit tapılıb.

Ölən şəxsin Ucar rayon, Qazqumlaq kənd sakini, 1963-cü il təvəllüdlü Şaban Emilov olduğu müəyyən edilib.

Onun bir müddət əvvəl dəmiryolunda işə düzəldiyi bildirilir. 59 yaşlı kişinin ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli