Dəm qazı daha bir can aldı

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə kirayədə yaşayan Şəki rayon Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən boğularaq ölub. Məlumata görə, M.Məmmədzadə Gəncəyə işləməyə gəlibmiş. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

İstinadlar Qafqazinfo

Dəm qazı daha bir can aldı

Tərtərdə 50 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Tərtər sakini yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Salyanda da anoloji hadisə baş verib. Belə ki, rayon sakini, 1992-ci təvəllüdlü Bədəlova Zəkirə yaşadığı evin hamamında dəm qazında boğularaq ölüb.

Tural Hüseynli

İstinadlar Qafqazinfo

Dəm qazı daha bir can aldı

Goranboyda 32 yaşı kişi dəm qazından boğulub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə rayonun Xan Qərvənd kənd sakini 1986-cı il təvəllüdlü Şükürov Asəf Tahir oğlu yaşadığı evin vanna otağında dəm qazı buxarından boğularaq ölüb.

İstinadlar Qafqazinfo

Dəm qazı daha bir can aldı

Noyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbə sakini dəm qazından zəhərlənib

Qəsəbədə yaşayan Elvin Rəsulzadə evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.