“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci iclası tezliklə Moskvada keçiriləcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya tez bir zamanda sözügedən Komissiyanın ikinci iclasına ev sahibliyi etməyə hazırdır.

Xatırladaq ki, mayın 24-ü Ermənistan-Azərbaycan dövlət sərhədində hər iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın iştirakı ilə delimitasiya komissiyasının ilk iclası baş tutub.

İstinadlar Qafqazinfo