Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rauf Əliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Əhmədov 8 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Azər Əhmədov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, A.Əhmədov Elena Cəfərovadan 65 min manat, Şükufə Zeynalovadan 97 min 500 manat alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir.

İstinadlar Qafqazinfo