Bu gün Hacıqabulda “Mercedes” markalı “99 KN 769” dövlət nömrə nişanlı avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləri olublar.
 Bakı şəhərində məskunlaşan Ağdam rayon sakini 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun idarə etdiyi avtomobildə həyat yoldaşı 1978-ci il təvəllüdlü Allahverdiyeva Ruhiyyə İlyas qızı və övladları – 2007-ci il təvəllüdlü Elvira və 1999-cu il təvəllüdlü Xəyal olub.
Qəza nəticəsində R. Allahverdiyeva həyatını itirib, A. Allahverdiyev və övladları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
***
18.04
Bu gün Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Hadisə saat 17.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul-Şirvan magistralı ilə kəsişməsinin yaxınlığında baş verib.
“Mercedes” markalı “99 KN 769” dövlət nömrə nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb və kiçik diametrli qaz kəmərinin üzərinə düşüb. Qəza nəticəsində 2-si qadın olmaqla, 4 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Hər iki qadın xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, qadınlardan biri həyatını itirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
İstinadlar Apa