Beyləqanda dəhşətli qətl törədilib. Hadisə rayonun Yuxarı Kəbirli kəndində baş verib. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Zahid İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.