Suriya rejiminin hava hücumları və artilleriya zərbələri nəticəsində Hələbin şərqində müxaliflərin nəzarətində olan hissədə yerləşən bir uşaq xəstəxanası, qan bankı və təcili yardım qərargahını vurduğu deyilir

Amansız hücumlar zamanı aralarında xeyli sayda uşağın da olduğu 32 şəxs ölüb.
Ağ kaskalılar (White Helmets) adlanan xilasetmə qruplarının sözçüsü Bebarsin “Reuters”ə etdiyi açıqlamada: “Döyüş təyyarələri heç dayanmadı. Hal-hazırda belə bombalamağa davam edirlər”, – deyib.