“Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?”

Bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər”. 

Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: “Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.

Daxilqızı 

 

İstinadlar Qafqazinfo