Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Zahid Məmiyevin məhkəməsi keçirilib. 

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə ifadə verən şahid Seymur Qasımov deyib ki, Pirallahı qəsəbəsində çayxana işlədib: “İçəridə oturmuşduq, rəhmətlik Nəsir gəldi, qapının yanında məni çağırıb “Seymur, ölürəm məni xəstəxanaya çatdır” dedi. Onun yaralı olduğunu bilmədim, maşına mindirib xəstəxanaya göndərdik”.

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

İstinadlar Qafqazinfo