Daşkəsən rayonunda yeniyetmə çayda boğulub

Hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.