Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb.

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində “Soyuq bulaq” deyilən ərazidə qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Niva” markalı maşın toqquşub. Nəticədə “Niva”nın sürücüsü – Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

İstinadlar Report