Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Ruslan Cabbarov və 1990-cı il təvəllüdlü Rövşən Alıyev xəsarət alıblar.

Qəza zamanı xəsarət almış daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib.

İstinadlar Report