Daşkəsən rayonunda “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkədən RPŞ əməkdaşları tərəfindən çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

İstinadlar Qafqazinfo