Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Əlsafa Muxtarov Sabirabad şəhərində tanışına məxsus evdə dəm qazından boğulub.

Belə ki, o, Heydər Əliyev prosprktində yerləşən mənzilin hamam otağında olarkən qazdan zəhərlənib.

45 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

İstinadlar Qafqazinfo