Fevralın 23-24-də Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Özbəkistanın Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Bu barədə AZPROMO-dan bildirilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərədə tutulur. Forum çərçivəsində Özbəskitan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası, həmçinin sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.