İyunun 16-da, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında Şamaxı, Ağsu və Qobustan rayonlarından olan olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

İstinadlar Report