Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb.

Bu barədə “Report”a Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstinadlar Report