Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın İdlib bölgəsində müxalifətlə mümkün sülh danışıqlarının aparılmasını kapitulyasiya adlandırıb.

Müxalif qüvvələri “terrorçu” adlandıran Rusiya XİN başçısı onlarla danışıqları qəbuledilməz sayır:

“Beynəlxalq İctimaiyyət və İnsan Haqları Şurası ekstrimistlərin qarşısını kəsməlidir. Hələlik isə bizim həmkarların mövqeyi radikal və terrorçu qrupların fəaliyyətinə haqq qazandırır”, – S.Lavrov BMT-nin İnsan Haqları Şurasında çıxış edərkən söyləyib.

“Bu cür hərəkətlər terrorçular qarşısında kapitulyasiya, hətta onları hərəkətə təşviqləndirməkdir”, – XİN başçısı əlavə edib.

İstinadlar Report