Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul edilən qətnaməsinə münasibət bildirib.

Səfir bununla bağlı tviter hesabında paylaşım edib.

“Ermənistan 30 ildir ki, Azərbaycan torpaqlarını işğal edib, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayıb, hərbi cinayətlər törədib, regionu viran qoyub. Siz isə susursunuz, indi danışaraq sülhə mane olursunuz”, deyə Abdullayeva vurğulayıb.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası Azərbaycanın Ermənistana “təcavüzü”nün dayandırılmasını tələb edən qərəzli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə səs verib, əleyhinə isə səs verən olmayıb.

İstinadlar Qafqazinfo