NATO ölkələri Ukraynaya silah tədarük etmək vədlərini yerinə yetirməlidir.

Bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.

“Mən bir neçə ildir ki, dəfələrlə demişəm: xahiş edirəm, Ukrayna üçün qırmızı xətləri aradan qaldırın. Bəzi müttəfiqlər buna qarşı olsalar da, Ukraynaya verilə biləcək ən yaxşı şey NATO-ya üzvlükdür. Əgər onlar NATO-nun üzvü olsaydılar, biz Ukraynada heç vaxt müharibə etməzdik”, – o bildirib.

İstinadlar Report