Danimarka hökuməti ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə “The Guardian” yazıb.

Qeyd olunub ki, insanların 10 nəfərdən artıq toplaşmasına və axşam saat 22:00-dan sonra spirtli içki satışına qadağa qoyulacaq.

Eyni zamanda ölkə vətəndaşları bütün qapalı məkanlarda, məsələn: supermarketlərdə belə tibbi maska taxmalıdırlar.

İstinadlar Report