Danimarka hökuməti hamilələrin koronavirus əleyhinə peyvənd olunmasına icazə verib.

Bu barədə Danimarka Səhiyyə Agentliyi məlumat yayıb.

“Hamilə qadınlarda şiddətli koronavirus infeksiyası riski artır, hamiləlik dövründə yoluxma isə vaxtından əvvəl doğuş riskini artıra bilər. Agentlik digər ölkələrin son məlumatlarını və təcrübələrini öyrəndikdən sonra hamilə və süd verən qadınların peyvənd olunmasını tövsiyə etmək qərarına gəlib”, – məlumatda vurğulanıb.

İstinadlar Report