
Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Danimarka “Qurani-Kərim”in və Türkiyə bayrağına hücumla bağlıdır.
Türkiyə XİN bildirib ki, söz azadlığı adı altında bu mənfur hərəkətə icazə verilməsi qətiyyən yolverilməzdir və belə bir yanaşma heç vaxt əsaslandırıla bilməz:
“Martın 24-də Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən nifrət cinayətinə 31 Mart Ramazan ayında yenidən icazə verilməsini şiddətlə qınayırıq.