Danimarka Enerji Agentliyi “Şimal axını-2” operatorunu qaz kəmərinin yanında tapılan naməlum obyektin sudan çıxarılmasında iştiraka dəvət edib.

Bu barədə Agentliyin yaydığı məlumatda deyilir.

“Danimarka səlahiyyətliləri obyektin mahiyyətini aydınlaşdırmaq üçün Danimarka Müdafiə Nazirliyinin yardımı ilə onu qaldırmaq qərarına gəliblər. Danimarka Enerji Agentliyi boru kəmərinin sahibi olan “Şimal axını-2 AG” şirkətini bu əməliyyatda iştiraka dəvət edib”, – sənəddə deyilir. Qeyd olunur ki, agentlik operatordan cavab gözləyir.

İstinadlar Report