Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50 illiyini qeyd edir.

Bu barədə “Copnhagen Post” məlumat yayıb.

II Marqret 1972-ci il yanvarında atası Kral IX Frederikdən sonra Danimarkanın kral taxtına sahib olub. Ertəsi gün Baş nazir Yens Otto Kraq yeni monarxın hakimiyyətə gəlməsini Amalienborq kral sarayının eyvanından elan edib. Həmin vaxt artıq formalaşmış ənənəyə görə, tacqoyma mərasimi keçirilmirdi.

Nəşr qeyd edib ki, II Marqretin əsas hobbiləri arxeologiya, incəsənət və modadır.

İstinadlar Report