Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın satılmadığını yenidən vurğulayıb.

O, bu açıqlamanı ABŞ dövlət katibi Marko Rubionun ötən həftə Prezident Donald Trampın adanı almaqda maraqlı olmasının “zarafat olmadığı” ilə bağlı səsləndirdiyi fikirdən sonra verib.

“Qrenlandiya bizim ərazimizin bir hissəsidir və satılmır”, – M.Frederiksen bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Bununla belə o, Arktikanın strateji əhəmiyyətinin artması ilə bağlı ABŞ-nin mövqeyi ilə razılaşıb.

“Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, biz dialoqa hazırıq”, – Baş nazir əlavə edib.

İstinadlar Report