Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynada və digər demokratik ölkələrdə Rusiya agenturasının fəal şəkildə zərərsizləşdirildiyini və Qərbin yardımı daha əhəmiyyətli hala gəldiyini açıqlayıb.

Bu barədə MTMŞ-nin katibi Ukrayna Radiosuna müsahibəsində bildirib.

“Rusiya təbliğatı bir vaxtlar, demək olar ki, bütün ölkələrin ərazisində çox güclü işləyirdi. Üstəlik, o hamıya sübut edirdi ki, bizim dövlətimiz Rusiyanın həyata keçirəcəyi hücuma tab gətirmək bacarığına malik deyil. Hər şeyin başladığı 2022-ci ilin fevralı və mart ayının əvvəlində bir çox ölkə hadisələri və bunların necə bitəcəyini “köşədən” izlədi”, – Danilov qeyd edib.

O vurğulayıb ki, Ukrayna müqavimət göstərməyə, həmçinin müəyyən uğurlar əldə etməyə başlayan kimi, getdikcə daha çox yardım alıb:

“Deyə bilərəm ki, tərəfdaş ölkələrdən 2022-ci ilin mart-aprel-may aylarında olan yardımla 2023-cü ilin mart-aprel aylarında gəlməyə başlayan yardım tamam başqa səviyyədir”.

MTMŞ katibi getdikcə daha çox ölkədə Rusiya agenturasının ifşa olunduğuna diqqət çəkib:

İstinadlar Report