
Vaxtı gələndə Ukrayna üçün təhlükə yaradacaq bütün obyektlərə zərbələr endiriləcək, bunun nə zaman baş verəcəyinə hərbçilər qərar verəcək.
Belə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov “Kanal 24″ə müsahibəsində Krım körpüsünə “Storm Shadow” raketinin endirilməsi ehtimalını şərh edib.
“Hər şey qabaqdadır və tələsməyə gərək yoxdur. Xüsusilə yüzdə yüz nəticə əldə etmək üçün diqqətlə hazırlaşmağınız lazım olan çox incə məsələlərdə”, – Danilov vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniya may ayında “Storm Shadow” havadan buraxılan raketləri Ukraynaya təhvil verib. İstehsalçıya görə, bu sursatın uçuş məsafəsi 250 km-dən çoxdur.