
Ekvadorun Milli Seçki Şurası (MSŞ) hazırkı prezident Daniel Noboanı dövlət başçısı seçkilərinin ikinci turunda qalib elan edib.
Bunu MSŞ-nin sədri Diana Atamaint mətbuat konfransında bildirib.
“Ekvador xalqına bildiririk ki, protokolların 90 %-nin emalı nəticəsində prezident seçkilərinin ikinci turunda dönməz tendensiya müşahidə olunur. MSŞ “Milli Demokratik Hərəkat” partiyasından olan namizədləri (prezident və vitse-prezident – red.) Daniel Noboa və Maria Xose Pintonu qalib hesab edir”, – seçki qurumunun sədri söyləyib.
Atamaintin fikrincə, səslərin hesablanmasının nəticələri “xalqın iradəsinin dəqiq əksidir”.
Daha əvvəl Noboanın seçkilərdəki rəqibi Luisa Qonsales məğlubiyyətini tanımaqdan imtina edib və səslərin yenidən sayılmasına çağırıb.