“Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya sonuncu səfəri zamanı enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsi ölkələr arasında münasibətlərə yeni təkan verəcək”.

Bunu “Report”a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Onun sözlərinə görə, qaz çatışmazlığı və yüksək enerji qiymətləri, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi şəraitində Serbiya anlayır ki, tədarükdə ciddi şəxaləndirmə həyata keçirməzsə, bu qışdan sağ çıxa bilməyəcək: “Beş il əvvəl bizim Cənub Qaz Dəhlizinə qoşulmaq imkanımız var idi, amma başa düşmədiyim hansısa səbəbdən hökumət bundan imtina etdi. İndi isə Serbiya itirdiyi imkanı bərpa etməyə çalışır”.