“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, hava nəqliyyatı vasitəsilə daha üç ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Həmin ölkələr aşağıdakılardır:

İordaniya Haşimilər Krallığı;

Kipr Respublikası;

Ukrayna.

İstinadlar Qafqazinfo