Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.