Havay adalarının Federal məhkəməsi martın 6-da ABŞ Prezidenti Donald Trampın “əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkənin vətəndaşlarının ölkəyə daxil olması haqda” imzaladığı fərmanın icrasına müddətsiz qadağa qoyub

Bu qanun yalnız hökmün məhkəmə tərəfindən ləğvindən sonra icra oluna bilər.
Fərmana əsasən, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olması qadağan olunurdu.
Xatırladaq ki, hakim Derrik Vatson qanunun tətbiqini təxirə salmaq haqda qərar qəbul etmişdi. İddiaçıların xahişindən sonra isə fərmanın icrası ikinci dəfə təxirə salınmışdı.