Amerikalı milyarder İlon Maskın “Neuralink” şirkəti ikinci dəfə insan beyninə çip yerləşdirib.
Bu məlumatı Mask yutubda bloqer Leks Fridmana müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, implantasiya proseduru uğurla keçib: “Pasiyentin beynində 400 elektrod var və hamısı çox yaxşı işləyir”.
Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən insan beyninə kompüter çipi ilk dəfə bu ilin yanvarın 28-i yerləşdirilib. “Telepathy” adı verilən çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.
Beyninə çip yerləşdirilən ilk insan 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir.