Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib. 

Bu mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib. 

Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib. 

İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb. 

İstinadlar Qafqazinfo