Azərbaycanda daha bir qadının zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Məlumatı yayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, 14 illik ailə həyatının 13 ilində qadın öz əri tərəfindən fiziki zorakılığa məruz qalıb: “Hətta bir dəfə əri  tərəfindən saçları kəsilib. Ortada isə heç bir xəyanət faktı da yoxdur. Qadının həyat yoldaşından iki uşağı var. Atası zorakılığa məruz qalan qızına deyir ki, əgər sən boşanıb gəlsən, qızların oxumayacaq və tez zamanda ərə veriləcək. Çünki kənd camaatı buna pis baxacaq”.

İstinadlar Qafqazinfo