Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıtda vətəndaş qəbulu keçirib.

Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Həmin gün V.Eyvazov adıçəkilən şəhər və rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.


İstinadlar Qafqazinfo