Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.

İstinadlar Qafqazinfo