Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 673-ə çatıb.

İstinadlar Qafqazinfo