Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsulları ixrac etməyə icazə verib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Məlumata görə, ixrac icazələri həmin müəssisələrin məhsullarının Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğun olması ilə bağlı “Rosselxoznadzor”un zəmanət əsasında verilib.

İstinadlar Report