Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 

Belə ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

İstinadlar Qafqazinfo